UEFA Superkuboku: PSJ “Tottenhem”ə qarşı - YENİLƏNİR
13.08.2025 - 09:16

Bu gün UEFA Superkubokunun qalibi müəyyənləşəcək.
Apasport.az xəbər verir ki, həlledici qarşılaşmada PSJ və “Tottenhem” komandaları üz-üzə gələcəklər.
Matç İtaliyanın Udine şəhərində təşkil olunacaq və “Udineze”nin ev oyunlarını keçirdiyi “Friuli” stadionunda baş tutacaq.
Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, Superkubokun son qalibi “Real Madrid” olub. “Kral klubu” “Atalanta”nı 2:0 hesabı ilə məğlub edərək kuboku muzeyinə aparmışdı.
UEFA Superkuboku
23:00. PSJ - “Tottenhem”
0
0