Nigar Nəsirova lisenziya turnirinin final mərhələsində
14.04.2024 - 13:23
Güllə atıcılığı üzrə Braziliyanın Rio-de-Janeyro şəhərində Olimpiya Təsnifat Turniri start götürüb.
Apasport.az xəbər verir ki, milli komandamızın snayperi Nigar Nəsirova 10 m məsafəyə pnevmatik tapançadan atəşaçmada final mərhələsinə yüksəlib.
O, təsnifat mərhələsində 578 xal yığıb. Nəsirova yarışı uğurla başa vurarsa, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edəcək.
Qeyd edək ki, güllə atıcılığında Ruslan Lunyov Olimpiadaya vəsiqəni təmin edib.
- Rusiya ilə bağlı qərar - BOK məhdudiyyətləri ləğv etdi
- Azərbaycan idmançıları Gürcüstanda keçirilən beynəlxalq turnirdə medal qazanıblar
- MOK rəsmisi İstanbul-2027 Avropa Oyunlarının şef de-mission seminarına qatılıb
- UFC: Rafael Fizievdən erkən nokaut
- Fərman Həsənov: Bəzi problemlər buna imkan vermədi
0
0