Skit yığmamız finala yüksələ bilmədi
10.05.2024 - 19:36
Bakıda keçirilən atıcılıq üzrə Dünya kubokunda qarışıq komandaların skit yarışında təsnifat mərhələsinə yekun vurulub.
Apasport.az xəbər verir ki, qızıl və bürünc medal uğrunda duellərin iştirakçıları bəlli olub.
Təsnifat mərhələsində 26 komanda mübarizə aparıb. Skitdə Azərbaycanın iki komandası çıxış edib.
Niyaz Ağazadə ilə Nurlana Cəfərovadan ibarət yığma 133 xalla 21-ci yeri tutub. 124 xalla kifayətlənən Fuad Qurbanovla Regina Meftahəddinova cütü 25-ci olub.
Qeyd edək ki, skitdə həlledici duellər bu gün baş tutacaq.
- Rusiya ilə bağlı qərar - BOK məhdudiyyətləri ləğv etdi
- Azərbaycan idmançıları Gürcüstanda keçirilən beynəlxalq turnirdə medal qazanıblar
- MOK rəsmisi İstanbul-2027 Avropa Oyunlarının şef de-mission seminarına qatılıb
- UFC: Rafael Fizievdən erkən nokaut
- Fərman Həsənov: Bəzi problemlər buna imkan vermədi
0
0