Üzgüçülərimiz Latviyada 25 medal qazanıb
04.03.2025 - 19:56
Üzgüçülərimiz Latviyada 25 medal qazanıb

Üzgüçülük üzrə Azərbaycan millisi Latviyanın açıq çempionatında iştirak edib.

Apasport.az xəbər verir ki, Riqada təşkil olunan yarışda təmsilçilərimiz 9 qızıl, 13 gümüş və 3 bürünc medal qazanıblar.

Yığmamız çempionat medal sıralamasında 1-ci yeri tutub. Kişilər 6 qızıl, 5 gümüş, 1 bürünc, qadınlar 3 qızıl, 7 gümüş, 2 bürünc əldə ediblər. Digər bürünc isə qarışıq estafetdə təsadüf olunub.

Süleyman İsmayılzadə çempionatda hamıdan çox – 7 medal qazanıb. 3 qızıl və 4 gümüş əldə edən üzgüçümüz medalların əyarında ikinci olub.

Vlastilina Xasyanova arxasıüstə 200 m (2.27,62), Əbdürəhman Rüstəmov batterflayla 100 m (55,74), Süleyman İsmayılzadə sərbəst üsulla 400 m (3.55,67) və 1500 m (14.26,02), Oktay Hüseynov komplekslə 400 m (4.30,16), Fatimə Alkərəmova komplekslə 400 m (5.26,29) və Səid Həmidov komplekslə 200 m (2.08,22) üzməkdə bütün rəqiblərini qabaqlayıb. Süleyman 1500 m məsafədə dünya çempionatında iştirak hüququ qazanıb. Bu, mundiala 2-ci lisenziya olub. İsmayılzadə Riqada həm də 400 m məsafədə FİNA xallarının sayını 813-ə çatdırmaqla Azərbaycan rekorduna sahib çıxıb.

Qadınların 4x100 m kombinə olunmuş estafetində Vlastilina Xasyanova, Anastasiya Bobarikina, Mehri Əbdürəhmanlı, Fatimə Alkərəmova 4.38,30, Səid Həmidov, Əbdürahman Rüstəmov, Oktay Hüseynov, Süleyman İsmayılzadə kişilərin sərbəst üsulla 4x200 m estafet yarışında 7.41,47 nəticə ilə Latviya çempionu olub.

Mehri Abdurahmanlı batterflayla 100 m (1.06,66) və 200 m (2.35,54), Oktay Hüseynov sərbəst üsulla 400 m (4.01,18) və 1500 m (15.39,78), Anastasia Babarokina brassla 200 m (2.49,87), Fatimə Alkərəmova sərbəst üsulla 200 m (2.09,73) və komplekslə 200 m (2.25,19), Süleyman İsmayılzadə sərbəst üsulla 200 m (1.51,99) ikinci olublar.

Daha 5 gümüş estafetdə əldə olunub. Vlastilina Xasyanova, Anastasiya Bobarikina, Əbdürəhman Rüstəmov, Süleyman İsmayılzadə kombinə olunmuş 4x100 m qarışıq (4.17,26), Mehri Abdurahmanlı, Fatimə Alkərəmova, Vlastilina Xasyanova, Məryəm Cavadova sərbəst üsulla qadınların 4x100 m (4.13,97), Rəşad Alquliyev, Səid Həmidov, Əbdürəhman Rustəmov, Süleyman İsmayılzadə kişilərin 4x100 m kombinə olunmuş (3.55,28), Əbdürəhman Rustəmov, Süleyman İsmayılzadə, Orxan Əliyev, Səid Həmidov kişilərin sərbəst üsulla 4x100 m estafetində (3.32,09), Mehri Abdurahmanlı, Vlastilina Xasyanova, Məryəm Cavadova, Anastasiya Bobarikina sərbəst üsulla qadınların 4x200 m (9.35,70) estafet yarışlarında gümüşə sahib çıxıblar.

Anastasiya Bobarikina brassla 100 m (1.17,02) və 50 m (34,87), Səid Həmidov brassla 100 m(1.03,73) məsafədə 3-cü olublar.

Qeyd edək ki, 100-cü Latviya çempionatında yerli üzgüçülərdən başqa, Azərbaycan, Litva, Estoniya, Finlandiya, Ukraynadan ümumilikdə 520 idmançı mübarizə aparıb.