“Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsi baş tutacaq
30.05.2024 - 19:25
İyunun 2-3-də Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələr arasında “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsi keçiriləcək.
Apasport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyasının birgə əməkdaşlığı ilə Bakı Su İdmanı Sarayında təşkil olunacaq tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan və Şimali Kipr Türk Respublikalarının komandaları 15 yaş kateqoriyasında yarışacaqlar.
Açılış mərasimi 2 iyun, saat 15:00-da başlanacaq. Yarışlara isə 2 iyun, saat 15:30-dan, 3 iyun, saat 11:00-dan etibarən start veriləcək.
- Rusiya ilə bağlı qərar - BOK məhdudiyyətləri ləğv etdi
- Azərbaycan idmançıları Gürcüstanda keçirilən beynəlxalq turnirdə medal qazanıblar
- MOK rəsmisi İstanbul-2027 Avropa Oyunlarının şef de-mission seminarına qatılıb
- UFC: Rafael Fizievdən erkən nokaut
- Fərman Həsənov: Bəzi problemlər buna imkan vermədi
0
0