Mahir oynadı, komandası məğlub oldu
22.08.2025 - 22:33
Mahir oynadı, komandası məğlub oldu

Azərbaycan millisinin hücumçusu Mahir Emreli "Kayzerslautern"in heyətində növbəti oyununa çıxıb.

Apasport.az xəbər verir ki, komanda Almaniya II Bundesliqasının III turunda səfərdə "Elversberq"lə qarşılaşıb.

Ev sahibləri rəqibini 2:1 hesabı ilə məğlub etməyi bacarıb. Start heyətində yer alan Mahir 72-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki,  "Kayzerslautern" 3 xalla turnir cədvəlində 13-cü pillədə yer alıb.