Super Liqa: “Fənər”dən darmadağın
27.10.2025 - 22:54
Super Liqa: “Fənər”dən darmadağın

Türkiyə Super Liqasında X tura yekun vurulub.

Apasport.az xəbər verir ki, son gün iki qarşılaşma baş tutub.

"Fənərbaxça" səfərdə Burak Yılmazın rəhbərlik etdiyi "Qaziantepspor"la üz-üzə gəlib. İstanbul klubu rəqibini 4 cavabsız qolla məğlub etməyi bacarıb - 4:0.

Turun digər matçında isə "Samsunspor" "Rizəspor"la 1:1 hesablı heç-heçə edib.