Avropa çempionatının finalında Azərbaycan yığmasının 12 rəqibi məlumdur
31.05.2010 - 10:10
Avropa çempionatının finalında Azərbaycan yığmasının 12 rəqibi məlumdur
2011-ci ildə İtaliya və Serbiyada təşkil ediləcək voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsində iştirak edəcək 13 komandanın adı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, İtaliya, Serbiya, Hollandiya, Polşa, Almaniya, Türkiyə və Rusiya yığmalarına seçmə mərhələdə qrup qalibi olan Azərbaycan, Çexiya, Ukrayna, İspaniya, Rumıniya və Bolqarıstan da qoşulublar. Bu mötəbər yarışda iştirak edəcək digər üç komanda isə sentyabrda keçiriləcək pley-off oyunlarından sonra dəqiqləşəcək.

Qeyd edək ki, pley-off mərhələsində Belarus İsraili, Belçika Xorvatiyanı, Fransa Finlandiyanı sınağa çəkəcək.
0