Azərbaycan yığmasının Portuqaliyadan qat-qat güclü olması təsdiqləndi
31.05.2010 - 11:16
Azərbaycan yığmasının Portuqaliyadan qat-qat güclü olması təsdiqləndi
Avropa çempionatının seçmə qrup mərhələsində ən yaxşı nəticəni Azərbaycan yığma komandası göstərib. Apasport.az saytının məlumatına görə, qitə birinciliyində 6 oyunun hamısında qələbə qazanan Faiq Qarayevin yetirmələri rəqiblərinə bir set də məğlub olmayıblar.

Digər qruplarda isə belə göstərici qeydə alınmayıb. Qrup qalibləri olan Çexiya, Ukrayna, İspaniya, Rumıniya və Bolqarıstan arasında yalnız bolqarlar bir hissədə məğlub olublar. Bundan əlavə, həlledici mərhələdə oynayacaq İspaniya və Ukrayna voleybolçuları hətta bir oyunda xal itkisi ilə də üzləşiblər.

Qeyd edək ki, Azərbaycan yığmasının birinci olduğu seçmə mərhələdə Portuqaliya və Gürcüstan voleybolçuları antirekordçu olublar. Onlar rəqibləri üzərində 1 hissədə də qələbə qazana bilməyiblər. Bu komandalarla yanaşı, Avstriya, İngiltərə, Çernoqoriya və İsveç milliləri isə seçmə mərhələnin bütün görüşlərində məğlub olublar.
0