“Rabitə” Natalya Məmmədova ilə danışıqlar getdiyini təsdiqlədi
31.05.2010 - 12:44
“Rabitə” Natalya Məmmədova ilə danışıqlar getdiyini təsdiqlədi
Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək voleybol üzrə qadınlardan ibarət “Rabitə” komandası yığma komandamızın lideri Natalya Məmmədovaya rəsmi təklif irəli sürüb. Bu barədə apasport.az saytına məlumatı çempion komandanın rəsmisi Nəsimi Musayev verib.

Onun sözlərinə görə, Məmmədovanı heyətə qatmaqda israrlı olan “Rabitə” voleybolçunun şəxsi meneceri ilə danışıqlara başlayıb. Klub rəhbərliyi artıq qarşı tərəfdən cavab gözləyir.

Qeyd edək ki, Avropanın ən nüfuzlu yarışına ciddi hazırlaşan “Rabitə” klubu Nataşa Krsmanoviç, Boyana Doganjiç, Silviya Papoviç, Sanya Staroviç, Mira Qoluboviç (hamısı Serbiya), İrina Jukova (Ukrayna), Natalya Kulikova (Rusiya), Mirela Deliç (Xorvatiya), Olqa Toçko (Latviya) və Diana Nenova (Bolqarıstan) ilə müqavilə imzalayıb.
0