Faiq Qarayevi italiyalı baş məşqçi əvəzlədi - FOTO
01.06.2010 - 14:56
Faiq Qarayevi italiyalı baş məşqçi əvəzlədi - FOTO
Növbəti mövsüm Çempionlar Liqasında iştirak edəcək voleybol üzrə qadınlardan ibarət “Əczaçıbaşı” komandası yeni baş məşqçi ilə anlaşıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən verdiyi məlumatına görə, 27 qat Türkiyə çempionu Azərbaycan yığmasının baş məşqçisi Faiq Qarayevi bu postda görmək istəsə də, həmyerlimizin cavabı müsbət olmayıb. Nəticədə onlar komandanın “sükanını” İtaliyanın “Foppapedretti” klubunun çalışdırıcısı Lorenzo Mikelliyə veriblər.

Son mövsümdə komandasına Çempionlar Liqasının qızıl medalını qazandıran mütəxəssislə danışıqların yekunlaşdığı və yaxın günlərdə müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, Faiq Qarayev Türkiyədə “Əczaçıbaşı” ilə yanaşı, “Vakıfbank” klubunun da baş məşqçisi vəzifəsində işləyib.
0