Azərbaycan kubokunun sahibi avrokuboklarda iştirak etməyəcək
02.06.2010 - 14:24
Azərbaycan kubokunun sahibi avrokuboklarda iştirak etməyəcək
Voleybol üzrə kişilər arasında Azərbaycan kubokunun sahibi “Sərhədçi” komandası bu mövsüm Avrokuboklarda mübarizə aparmayacaq. Azərbaycan Voleybol Federasiyasından apasport.az saytına görə, ölkəmizi qitəmiqyaslı yarışlarda həmişə olduğu kimi paytaxtın “Azərneft” komandası təmsil edəcək.

Ölkə çempionatının finalında “Sərhədçi”ni məğlub edən Sabir Əliyevin komandası “Çelenc cup”da qüvvəsini sınayacaq.

Qeyd edək ki, ötən mövsüm analoji yarışda mərhələ adlamağı bacaran “Azərneft” Azərbaycan milli komandasının əsasını təşkil edir.
0