Növbəti “wild card” komandalarımızın yerini müəyyənləşdirəcək
02.06.2010 - 14:47
Növbəti “wild card” komandalarımızın yerini müəyyənləşdirəcək
Voleybol üzrə qadınlar arasında ölkəmizi Avropada 4 komanda təmsil edəcək. Azərbaycan Voleybol Federasiyasından apasport.az saytına məlumatına görə, “Rabitə”nin “wild card”la Çempionlar Liqasında iştirakı dəqiqləşsə də, digər klublarımızın hansı kubok uğrunda yarışacağı müəyyənləşməyib. Buna səbəb Azərbaycanın daha bir komandamıza güzəştli yer sifariş etməsidir.

Avropa Voleybol Konfederasiyasının “wild card”ı yaxın günlərdə verəcəyi gözlənilir. Bundan sonra isə komandaların mübarizə aparacağı yarışların adları bəlli olacaq.

Qeyd edək ki, Avrokuboklarda Azərbaycan çempionatında birinci yerin sahibi “Rabitə” ilə bərabər, növbəti pillələri tutan “Lokomotiv”, “İqtisadçı” və “Azərreyl” çıxış edəcək.
0