Yığmamızın sabiq baş məşqçisinin davamçısı tapıldı
03.06.2010 - 10:31
Yığmamızın sabiq baş məşqçisinin davamçısı tapıldı
Basketbol üzrə kişilərdən ibarət Azərbaycan yığmasının sabiq baş məşqçisinin əvəzləyicisinin adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, az öncə “Lietuvos ritas” klubundan qovulan olimpiya çempionu Rimas Kurtinaytisi xorvat Drajena Anzuloviç əvəz edəcək. O, komanda ilə 1+1 müqavilə imzalayıb. Yeni baş məşqçiyə litvalı tanınmış basketbolçu Robert Ştelmaxers kömək edəcək.

Qeyd edək ki, 2002-2006-cı ildə Azərbaycan yığmasını və paytaxtın “Qala” klubunu çalışdıran Rimas Kurtinaytis “Lietuvos ritas”ın sükanı arxasında 2 il olub. O, son mövsümdə “Jalqiris”ə qalib gələrək komandaya çempion adını qazandırıb.
0