“Lokomotiv” Draqutin Baltiçlə bağlı yekun qərarını verdi
13.09.2011 - 13:13
“Lokomotiv” Draqutin Baltiçlə bağlı yekun qərarını verdi
Bakının “Lokomotiv” klubu baş məşqçi Draqutin Baltiçlə bağlı son qərarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi sloveniyalı mütəxəssisi komandada saxlayacaq.

“Lokomotiv” Super Liqaya və “Çelenc Cup”a məhz Baltiçin rəhbərliyi altında hazırlaşacaq. Artıq Bolqarıstan yığmasından istefaya göndərilən mütəxəssis bu gün saat 17:00-da Bakıda olacaq.

Onun komanda ilə görüşü isə sentyabrın 15-nə təsadüf edəcək. Çünki hazırda köməkçi məşqçi Goran Joviçin rəhbərliyi altında Mingəçevirdə təlim-məşq toplanışında olan “Lokomotiv” həmin tarixdə Bakıya qayıdacaq.

Bundan sonra isə klubun düşərgəsində baxışda olan ukraynalılar - Yekaterina Jidkova (Kulik), Viktoriya Dedkova və rusiyalı Anna Popova ilə balı son qərar da veriləcək.

Qeyd edək ki, Baltiç Bolqarıstanda seks qalmaqalı ilə üzləşsə də, sonradan həmin mesajlarının voleybolçulara onun tərifindən göndərilmədiyi məlum olub.
0