Natalya Məmmədova: Debütant olsaq da, dünya çempionu ola bilərik
13.10.2011 - 08:51
Natalya Məmmədova: Debütant olsaq da, dünya çempionu ola bilərik
“Bu hamımız üçün yetərincə çətin bir oyun oldu. Qalib gəlmək üçün 5 set oynamalı olduq”. Apasport.az saytının məlumatına görə, bu sözlər Bakının “Rabitə” klubunun voleybolçusu Natalya Məmmədovaya məxsusdur.

Komandamızın kapitanı klublararası dünya çempionatının qrup mərhələsinin son görüşündə “Sollis Nestle”yə (Braziliya) tay-brekdə qalib gəlmələrini (3:2) əzmkarlıqla əlaqələndirib: “Bu çox vacib qələbə idi və bizi növbəti mərhələyə qrup qalibi kimi çıxardı. Hər 2 komanda çox güclü oynadı. Braziliyalılar da blokda yaxşı idi. Mundialda debüt etməyimizə baxmayaraq, hesab edirəm ki, bu turnirdə qalib gələ bilərik”.
0