Yığmamız heç-heçə edib
14.10.2024 - 20:59
Yığmamız heç-heçə edib

Birləşmiş Ərəb Əmirliklərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün yoldaşlıq görüşü keçirib.

Apasport.az xəbər verir ki, U-17 Ajman şəhərində Avstraliyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Görüş 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, millimiz oktyabrın 14-də Avstraliya yığması ilə ikinci yoldaşlıq oyunu keçirəcək.

0