Benzia oynadı, komandası uduzdu
14.10.2024 - 23:11
Benzia oynadı, komandası uduzdu

Afrika Millətlər Kubokunun seçmə mərhələsinin 4-cü turunun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, bu gün Əlcəzair yığması səfərdə Toqo ilə qarşılaşıb.

Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Əlcəzair millisində çıxış edən "Qarabağ"ın yarımmüdafiəçisi Yassin Benzia da bu görüşün iştirakçısı olub.

30 yaşlı futbolçu matça start heyətində başlayıb. O, 63-cü dəqiqədə əvəzlənib.

Qeyd edək ki, 4 turdan sonra maksimum nəticə göstərən Əlcəzair yığması E qrupunun vahid lideridir.

0