Çempionlar Liqası: "Qarabağ"ın ilk rəqibi bəlli oldu
18.06.2025 - 14:15
Çempionlar Liqası: "Qarabağ"ın ilk rəqibi bəlli oldu

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. 

Apasport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmanın nəticəsinə görə, Ağdam klubu "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Təmsilçimiz ilk oyuna səfərdə, cavab oyununda isə doğma azarkeşləri qarşısında çıxacaq. 

Qeyd edək ki, II təsnifat mərhələsində ilk görüş iyulun 22-də və ya 23-də, cavab qarşılaşması 29-da və ya 30-də baş tutacaq.