Renat Dadaşov debüt etdi, komandası qələbə qazandı
21.07.2025 - 11:13
Renat Dadaşov debüt etdi, komandası qələbə qazandı

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov "Motor"un heyətində debüt edib.

Apasport.az xəbər verir ki, Polşa çempionatının ilk turunda Dadaşovun komandası "Arka"nı qəbul edib.

Oyun "Motor"un 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Yeganə qolu 50-ci dəqiqədə Jak Ndiaye vurub.

Renat Dadaşov meydana 46-cı dəqiqədə daxil olub və 71-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.