
Futbol üzrə klublararası dünya çempionatı davam edir.
Apasport.az xəbər verir ki, bu gün Mayamidə keçirilən turnirdə daha iki görüş baş tutub.
"Bavariya" Yeni Zelandiya təmsilçisi "Oklend Siti" ilə qarşılaşıb.
Avropa təmsilçisi rəqibinə heç bir şans tanımayıb. Görüş Bundesliqa klubunun 10:0 hesablı qələbəsi ilə başa çatıb.
Günün ikinci matçında Avropa derbisi baş tutub. PSJ "Atletiko" ilə üz-üzə gəlib. Parislilər rəqibi üzərində 4:0 hesablı inamlı qələbəyə seviniblər.
C qrupu
20:00. “Bavariya” (Almaniya) - “Oklend Siti” (Yeni Zelandiya) 10:0
B qrupu
23:00. PSJ (Fransa) - “Atletiko” (Madrid, İspaniya) 4:0