“Formula 2”: Sprint yarışının qalibi bəlli oldu
20.09.2025 - 15:09
“Formula 2”: Sprint yarışının qalibi bəlli oldu

"Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başa çatıb.

Apasport.az xəbər verir ki, "Hıtech TGR"dən Dino Beqanoviç yarışı lider tamamlayıb.

Onun komanda yoldaşı Luk Brouninq ikinci yeri tutub.

Xatırladaq ki, "Formula 2"nin sərbəst yürüşündə "Rodin Motorsport" komandasından Aleks Dann, sıralama turunda isə "Dams Lukas Oil"dən Cek Krouford birinci olub.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.