Piotek “Əl-Duhail”də - RƏSMİ
02.06.2025 - 21:25

Türkiyə Super Liqası təmsilçilərindən "Başakşehir"in forvardı Kristof Piotek karyerasını Qətərdə davam etdirəcək.
Apasport.az xəbər verir ki, futbolçu "Əl-Duhail"ə transfer olub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında razılaşmaya əsasən, Qətər komandası 29 yaşlı oyunçu üçün 11 milyon avro ödəniş edib.
Qeyd edək ki, Polşa millisinin üzvü bu mövsüm "Başakşehir"in heyətində çıxış etdiyi 47 rəsmi matçda 31 qol, 5 assistlə yadda qalıb.
0
0