İki komanda Azərbaycan çempionatından kənarlaşdırılıb
19.02.2025 - 14:46

AFFA İntizam Komitəsi U-10 və U-12 Liqasında çıxış edən Bərdənin "Pambıqçı" komandalarını yarışlardan kənarlaşdırıb.
Apasport.az xəbər verir ki, hər iki kollektiv son oyunlarda təyin olunan vaxtda meydanda olmadıqları üçün bu halla üzləşiblər.
Onlar müvafiq olaraq Tərtərin "Ramal" və Zərdab təmsilçisi "Məhsul"la nəzərdə tutulan görüşdə iştirak etməyiblər.
Hər ikisinə 0:3 hesablı texniki məğlubiyyət verilib və bu hal cari mövsümdə üçüncü dəfə yaşandığından "Pambıqçı"nın komandaları çempionatdan uzaqlaşdırılıblar.
0
0