Millimiz Qazaxıstanı məğlub etdi
19.02.2025 - 16:20

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kubokunda qrupdakı son matçını qələbə ilə başa vurub.
Apasport.az xəbər verir ki, komandamız Qazaxıstan yığmasını 2:1 hesabı ilə üstələyib.
Millinin heyətində Əhməd Vəliyev (57) və İmran Süleymanzadə (66) fərqlənib.
Qeyd edək ki, U-17 daha əvvəl keçirdiyi görüşlərdə Rusiya millisinə 0:3 hesabı ilə məğlub olub, İranı isə üstələyib (1:0).
0
0