İlqar Qurbanovun komandası İntertoto kubokunda Çernoqoriya təmsilçisi ilə görüşəcək
30.06.2008 - 11:13
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan milli komandasının futbolçusu İlqar Qurbanovun çıxış etdiyi Türkiyənin “Sivasspor” klubu İntertoto kubokunda Çernoqoriyanın “Qrbalj” komandası ilə görüşəcək. “APA-Sport” agentliyinin məlumatına görə, mübarizəyə ikinci mərhələdən qoşulacaq türkiyəlilərin rəqibi ilk turu çətinliklə adlayıb. Bosniya və Herseqovinanın “Çelik” klubuna səfərdə 3:2 hesabı ilə uduzan “Qrbalj” öz meydanında növbəti mərhələyə vəsiqə verən nəticəni əldə edib - 2:1. Beləliklə, çernoqoriyalılar səfər qolu sayəsində ikinci mərhələyə yüksəliblər. İ.Qurbanovun komandası “Qrbalj”a qarşı birinci oyununu iyulun 5-də və ya 6-da səfərdə keçirəcək. Cavab matçı bundan bir həftə sonra Türkiyədə baş tutacaq.
- “Real” azarkeşləri Mbappeni fitə basdı
- "Milan" rəhbərliyi portuqallarla vidalaşır: Konseysao yolun sonunda
- "Fənərbaxça" tribunalarında xaos: Azarkeşin vəziyyəti pisləşdi - VİDEO
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?
0
0