Azərbaycanın qadın hakimləri Makedoniyaya gedəcəklər
26.08.2008 - 11:05
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycanın FİFA hakimi Venera Muradova Avropa çempionatının seçmə mərhələsinin 4-cü qrupunun matçlarını idarə edəcək. “APA-Sport” agentliyinin AFFA-nın rəsmi İnternet saytına istinadən məlumatına görə, V. Muradova 17 yaşlı qızlar arasında qitə birinciliyinin Makedoniyada keçiriləcək seçmə oyunlarına təyinat alıb. Sentyabrın 12-19-dək Polşa, Çexiya, Latviya və meydan sahibləri arasında baş tutacaq qarşılaşmalarda V. Muradovaya FİFA hakimi köməkçisi Ülviyyə Mustafayeva kömək edəcək.
- Çempionlar Liqası: "Kayrat" "Omoniya"ya qarşı - YENİLƏNİR
- "Neftçi" və "Başakşəhər"in matçları bu kanallarda - TV AFİŞA
- "Vulverhempton"da qalmaqal – Məşq ləğv olundu, təhlükəsizlik gücləndirildi
- FİFA-dan BMT-yə – Tramp İnfantinonu Baş katibliyə namizəd göstərir
- Vinçenzo Montellaya ağır itki – Bacısı vəfat etdi
0
0