Çempionlar Liqası: "Kayrat" "Omoniya"ya qarşı - YENİLƏNİR
22.07.2026 - 13:19
Çempionlar Liqası: "Kayrat" "Omoniya"ya qarşı - YENİLƏNİR

Bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində daha üç qarşılaşma keçiriləcək.

Apasport.az xəbər verir ki, günün ilk matçında Kiprin "Omoniya" klubu Qazaxıstan təmsilçisi "Kayrat"ı qəbul edəcək. Gecənin digər görüşlərində Bolqarıstanın "Levski" komandası Rumıniyanın "Universitatya" (Krayova) kollektivi ilə, Albaniyanın "Eqnatiya" klubu isə Sloveniya təmsilçisi "Selye" ilə üz-üzə gələcək.

22 iyul

UEFA Çempionlar Liqası

21:00. "Omoniya" (Kipr) – "Kayrat" (Qazaxıstan)

21:30. "Levski" (Bolqarıstan) – "Universitatya" Krayova (Rumıniya)

23:00. "Eqnatiya" (Albaniya) – "Selye" (Sloveniya)

Qeyd edək ki, bu gün keçiriləcək "Levski" – "Universitatya" Krayova qarşılaşması Azərbaycan çempionu "Sabah" üçün də əhəmiyyət daşıyır. Bakı təmsilçisi II təsnifat mərhələsində KuPS-a uduzacağı təqdirdə UEFA Avropa Liqasının III təsnifat mərhələsində məhz bu cütün məğlubu ilə üz-üzə gələcək.