Azərbaycanın “İnter” komandası boliviyalı futbolçu ilə anlaşıb - FOTOSESSİYA
26.08.2008 - 13:53
“La-Pas”ın prezidenti Maurisio Qonsales avqustun 24-dən Bakıda olan A. Andaverisin 2009-cu ilin mayınadək “İnter”də oynayacağını bildirib. O, yeganə problem kimi futbolçunun transfer vərəqinin AFFA-ya hələ gəlib çıxmamasını göstərib: “Ümid edirik ki, gələn həftəyədək Andaverisin transfer vərəqi Azərbaycanın futbol federasiyasına göndəriləcək. Bununla da, onun yeni komandasında çıxışı mümkün olacaq”.
“İnter”in baş məşqçisi Valentin Xodukin “APA-Sport” agentliyinə açıqlamasında bu xəbəri təsdiqləyib: “Həqiqətən də Andaveris komandamızın düşərgəsindədir. Onu bizə menecerlər təklif ediblər. Andaverisin oyunlarının videoyazısını izləmişəm. Transferin reallaşıb-reallaşmayacağı ilə bağlı bir söz deyə bilmərəm. Yəqin ki, yaxın günlərdə bu məsələ müsbət həllini tapacaq”.
Qeyd edək ki, karyerası ərzində Boliviyanın müxtəlif klublarının formasını geyinmiş A. Andaveris yalnız 2005-ci ildə “Tirana” (Albaniya) komandasında legioner həyatı yaşayıb. O, 2001-2007-ci illərdə fasilələrlə Boliviya yığmasına çağırılıb.

- Çempionlar Liqası: "Kayrat" "Omoniya"ya qarşı - YENİLƏNİR
- "Neftçi" və "Başakşəhər"in matçları bu kanallarda - TV AFİŞA
- "Vulverhempton"da qalmaqal – Məşq ləğv olundu, təhlükəsizlik gücləndirildi
- FİFA-dan BMT-yə – Tramp İnfantinonu Baş katibliyə namizəd göstərir
- Vinçenzo Montellaya ağır itki – Bacısı vəfat etdi
0
0