Rusiyada 2008-ci ilin ən bahalı futbolçu transferi reallaşıb
26.08.2008 - 15:14
Bakı. Kənan Həsənov - APA-Sport. Futbol üzrə Rusiya Premyer Liqasında ən bahalı transfer reallaşıb. “APA-Sport” agentliyinin məlumatına görə, bu ölkənin son çempionu “Zenit” portuqaliyalı Dannini heyətinə qatıb. Sankt-Peterburq təmsilçisi yarımmüdafiəçinin müqabilində onun keçmiş klubu “Dinamo”nun hesabına 30 milyon avro köçürəcək. Bu, Rusiya futbolu tarixində, həmçinin dünyada 2008-ci il ərzində ən bahalı transferdir. Portuqaliyalı futbolçunun yeni komandasında illik qazancı təxminən 3 milyon avro olacaq.
Qeyd edək ki, indiyədək Rusiyada ən bahalı transferə də məhz “Zenit” rəhbərliyi imza atmışdı. Sankt-peterburqlular ötən il Ukrayna “Şaxtyor”undan Anatoli Timoşuku 16 milyon avroya heyətə cəlb etmişdilər. Bu vaxta qədər dünya futbolunun ən bahalı transferi isə Zinəddin Zidanla bağlıdır. Əslən əlcəzairli yarımmüdafiəçi 2001-ci ildə “Yuventus”dan “Real”a 64,4 milyon ABŞ dollarına keçib.

- Çempionlar Liqası: "Kayrat" "Omoniya"ya qarşı - YENİLƏNİR
- "Neftçi" və "Başakşəhər"in matçları bu kanallarda - TV AFİŞA
- "Vulverhempton"da qalmaqal – Məşq ləğv olundu, təhlükəsizlik gücləndirildi
- FİFA-dan BMT-yə – Tramp İnfantinonu Baş katibliyə namizəd göstərir
- Vinçenzo Montellaya ağır itki – Bacısı vəfat etdi
0
0