“Neftçi” klubuna hollandiyalı məşqçi gəlir
03.09.2008 - 15:03
Yeni məşqçi Hollandiyanın “Tvente” (1982-85), “Şoppingen” (1985-86), Almaniyanın “Bohum” (1986-1995) və “Gütersloh” (1995-2000) klublarında çıxış edib. Hollandiya milli komandasında da oynayan R.Reekers 1988-89-cu illərdə Marko van Basten, Ruud Qullit kimi oyunçuların yer aldığı yığmada 4 matç keçirib. Məşqçilik fəaliyyətinə 1999-cu ildə başlayan R.Reekers “Gütersloh”da (1999-2000) oynayan köməkçi-məşqçi olub. Sonradan Almaniyanın “Rot-Vays Oberhauzen” (2000-03) klubunda köməkçi kimi fəaliyyət göstərib və baş məşqçi kimi debüt etmək üçün “Gütersloh”a qayıdıb. Üç il bu komandaya rəhbərlik edəndən sonra “Tvente”nin ikinci komandasında baş məşqçi olan R.Reekers 2006-cı ildən Tventşe Futbol Məktəbində işləyib.
- “Komo”dan sonra “Əl-Əhli” – Davinson Sançez üçün yeni "elçi"
- İtaliano həyəcanını gizlətmədi – "Sabah ilk rəsmi oyunumuzdur"
- Malanq Sarrın yeni klubu bəlli oldu – Səudiyyə Ərəbistanına yollandı
- Zaniolo “Udineze”də qaldı – “Qalatasaray”dan birdəfəlik ayrıldı
- “Qırmızı şeytanlar” maviyə büründü – Yeni səfər forması - FOTO
0
0