Andrey Rubin: Matç boyu pressinq tətbiq edib, oyunun tempini “öldürməliyik”
04.08.2010 - 12:40
“Krakovdakı qarşılaşmada aldığım zədə ciddi deyil. Artıq komanda ilə məşq edirəm və hər şey qaydasındadır. Sabahkı görüşdə meydana çıxmağa hazıram”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun futbolçusu Andrey Rubin deyib.
Mövsümlərası fasilədə “İnter”dən “Qarabağ”a keçən latviyalı sol cinah yarımmüdafiəçisi Avroliqanın III təsnifat mərhələsində “Visla” ilə səfər görüşündə debüt etdi. Ancaq hələ fasiləyə az qalmış zədələnən Rubin oyunu davam etdirə bilməyərək, Emin İmaməliyevlə əvəzləndi: “Həmin epizodda rəqibin ayağıma vurduğu zərbə nəticəsində xəsarət aldım. Ancaq dizimdəki zədə ciddi problem yaratmadı. Əlbəttə, debütümün belə alınmasını istəməzdim. Meydanı erkən tərk etmək üzücü oldu. Az müddətdə özümü göstərməyə imkan da olmadı. Ancaq əsas odur ki, komandamız qələbə qazandı. Cavab oyununda da əsas heyətdə meydana çıxa bilərəm. Təbii ki, baş məşqçi mənə şans versə”.
Rubin Polşada 1:0 hesabı ilə qələbə qazanılsa da, ehtiyatlı danışmağı üstün tutub. Yığmasının da üzvü olan təcrübəli futbolçunun fikrincə, Bakıda işləri daha çətin olacaq: “Çünki rəqibə mütləq qələbə qazanmaq lazımdır. “Visla” bunun üçün hər şey edəcək və bu, işimizi çətinləşdirir. Əlbəttə, hesabda irəlidə olmağımız şansımızı artırır. Ancaq üstünlüyü əldən verməməliyik. Cavab matçında bütün gücümüzü qoyacağıq. Bunun necə alınacağını isə oyun göstərəcək. Top itkisinə az yol verməli, ona daha çox sahib olmalıyıq. Meydan boyu pressinq tətbiq edib, oyunun tempini “öldürməliyik”. Hücumlarımızın təşkilinə diqqət yetirmələri, daha çox cərimə zərbələri qazanmalıyıq. Bunlar qol vurmaq imkanlarımızı artırmalıyıq. Hesabda irəli olduğumuz üçün bütün qüvvə ilə müdafiədə oturmamalı, qol vurmalıyıq”.
Latviyalı futbolçu yeni komandasını Polşanın vitse-çempionundan zəif saymır: “Oyundan əvvəl “Visla”nın şansları yüksək qiymətləndirilir, çox güclü olmasından danışılırdı. Ancaq oyun göstərdi ki, bu, heç də belə deyil və onunla bərabər oynamaq mümkündür. “Qarabağ” hətta sübut etdi ki, “Visla”ya səfərdə qalib gəlmək də olar. Bu isə eyni zamanda onu göstərir ki, komandamız artırıb”.
Mehman SÜLEYMANOV

0
0