“Antalyaspor” “Bakı”nı güclü rəqib sayır
25.06.2011 - 14:45
Türkiyənin “Antalyaspor” klubu mövsümlərarası fasilədə Azərbaycan komandası ilə görüşəcək. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, Bolu və Avstriyadakı hazırlıq planlarını açıqlayan Superliqa təmsilçisi 7 yoxlama oyununu keçirəcəyini və rəqiblərinin birinin “Bakı” olduğunu bəyan edib. “Antalyaspor” məhz Avstriyadakı rəqiblərinin güclü olduğunu, bir-birindən çətin komandalarının görüşəcəyini hesab edir. Belə ki, iyulun 19-da İngiltərənin “Midlsbro”, 21-də Almaniyanın “Ausburq”, 24-də İsrailin “Hapoel” (Hayfa), 26-da “Bakı” ilə görüş nəzərdə tutulub.
“Bakı” növbəti hazırlığın ilk mərhələsinin iyunun 28-dən iyulun 10-a kimi Sloveniyada keçirəcək. Burada 3 yoxlama oyunu – iyulun 2-də Sloveniyanın “Domjale”, 5-də “Neftçi”nin Çempionlar Liqasında rəqibi olan Zaqreb “Dinamo”su və 9-da Türkiyənin “Orduspor” klubu ilə oyun var. Ancaq sonuncular əvvəllər də klublarımızla yoxlama oyunu keçirən “Antalyaspor”dan fərqli Bank Asiya I liqa təmsilçisidir.
Qeyd edək ki, indiyə kimi avrokuboklarda da “Antalyaspor”la görüşmüşük. 2000-ci ildə UEFA kubokunda onun rəqibi “Kəpəz” olub.

- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0