"Ümid edirik ki, Amit “Erciyesspor”da etimadı doğruldacaq”
26.06.2011 - 08:45
Azərbaycan milli komandasının futbolçusu Amit Quluzadənin "Neftçi" klubu ilə müqaviləsinin bitməməsinə baxmayaraq onun Türkiyənin "Ərciyəsspor" komandasına keçməsinə hər cür şərait yaradıb. Apasport.az saytının məlumatına görə, Kyseri təmsilçisinin rəsmi saytı da bu məsələyə biganə qalmayıb. Türkiyəlilər klub prezidenti Ziya Erenin “Neftçi”dəki həmkarı Sadıq Sadıqova təşəkkürünü dərc ediblər: "Futbolçumuz Amit Quluzadənin komandamıza keçməsində göstərdiyiniz münasibət və tərəfdaşlığa görə təşəkkür edirik. Hər iki komanda üçün xeyirli olmasını arzulayırıq. Ümid edirik ki, Amit etimadı doğruldub, Azərbaycan milli komandasının əvəzedilməz futbolçusu olacaq. Bir daha təşəkkür edir, sizə Çempionlar Liqasında uğurlar arzulayırıq".
Mənbə: neftchifc.com
Mənbə: neftchifc.com
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0