“Qaziantepspor” üçün 2 potensial Azərbaycan komandası
28.06.2011 - 13:00
“Xəzər Lənkəran” klubunun Avstriyada növbəti rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisi bir həftədir təlim-məşq toplanışında olduğu Fulpmes şəhərinin aşağı divizionda çıxış edən eyniadlı komandası ilə görüşəcək. Bu, “Xəzər Lənkəran”ın həmin ölkədə 2-ci yoxlama oyunu olacaq və görüş sabah ”Neustift Stubaital” otelinin meydançasında keçiriləcək. Lənkəranlıların iyulun 4-də Türkiyənin “Manisaspor” və ya “Qaziantepspor”la görüşməsi gözlənilir. Ancaq komandanın hansı Superliqa təmsilçisi ilə oynayacağı hələ dəqiqləşməyib.
Qeyd edək ki, “Qaziantepspor” AZAL-ın Avroliqanın II təsnifat mərhələsində potensial rəqibidir.
Qeyd edək ki, “Qaziantepspor” AZAL-ın Avroliqanın II təsnifat mərhələsində potensial rəqibidir.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0