AFFA təcrübə mübadiləsi üçün yoldaşlıq oyunu keçirib
28.06.2011 - 16:08
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə UNİCEF Azerbaijan arasında mövcud olan əməkdaşlıq çərçivəsində iyunun 23-də və 24-də “Sağlam həyat tərzi və uşaq haqları” mövzusunda treninqlər keçirilib. Apasport.az saytının məlumatına görə, AFFA-nın Futbol akademiyasında qızlardan ibarət BTİ və “Fidan” klublarının üzvləri üçün baş tutan layihənin davamı olaraq bu gün yoldaşlıq oyunu baş tutub. Şağan Olimpiya İdman Kompleksində BTİ və Buzovna komandaları arasında yoldaşlıq oyununun keçirilməsində məqsəd birincilərin futbolçularının treninqlərdə qazandıqları təcrübənin qızlardan ibarət yeni yaradılan komandaların üzvləri ilə mübadiləsidir.
Mənbə: affa.az
Mənbə: affa.az
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0