Milli komandamız Makedoniya yığmasını “Dalğa”ya aparır
29.06.2011 - 09:54
Azərbaycan milli komandasının avqustun 10-da Makedoniya yığması ilə keçirəcəyi yoldaşlıq oyununun məkanı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun yetirmələri balkanlılarla yeni açılan “Dalğa Arena”da görüşəcək. Mərdəkan qəsəbəsindəki stadionda baş tutacaq oyun saat 20:00-da başlayacaq.
Qeyd edək ki, millimiz indiyədək ev oyunlarını 4 stadionda keçirib. Bunlar Bakıda Respublika və “Şəfa”, Gəncə və Lənkəranda isə şəhər stadionlarıdır. FİFA, UEFA və AFFA prezidentlərinin bu ayın əvvəlində açılışında iştirak etdiyi süni örtüklü meydan ilk dəfə millimizi qəbul etməklə bu siyahıda 5-ci olacaq.

- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0