Estoniya yığmasının qapıçısı “Rəvan”la 2 illik müqavilə bağladı
30.06.2011 - 17:08
Estoniya milli komandasının qapıçısı Artur Kotenko karyerasını Azərbaycanda davam etdirəcək. Apasport.az saytının məlumatına görə, 1,86 metr boya 30 yaşlı legionerin Premyer Liqamızın debütantı olan “Rəvan”a keçidi rəsmiləşib. Bakı təmsilçisi 2 illik müqavilə imzaladığı Kotenkoya əsas qapıçı gözü ilə baxır. Yeni komandasının paytaxtımızdakı hazırlığına qatılan Artur daha sonra Sloveniyaya təlim-məşq toplanışına yollanacaq.
Kotenkonun karyerasının böyük hissəsi vətənində ən tanınmış klub olan “Levadiya”ya bağlıdır. 2008-ci ildən legioner həyatı yaşayan qapıçı 2 mövsüm Norveçin “Vikinq”, ötən mövsümü isə Kiprin “Papou” klubunda keçirib.
Qeyd edək ki, Arturun millidə komanda yoldaşı olan Dmitri Kruqlov “İnter”lə yollarını ayırandan sonra ölkəmizdə oynayan estoniyalı futbolçu yoxdur və “Rəvan”ın yeni transferi yeganə ola bilər.

- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0