Arminas Narbekovas: “Qarabağ” bizə futbol dərsi keçdi
01.07.2011 - 10:05
“Gözlədiyimiz baş verdi. Bu gün çox güclü rəqiblə görüşdük”. Apasport.az saytının məlumatına görə, bu fikiləri Avroliqanın I təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Litvanın “Banqa” klubunun baş məşqçisi Arminas Narbekovas deyib. Evdə komandamızdan 0:4 hesablı məğlubiyyət alan ötənlərin tanınmış litvalı hücumçusu səviyyə fərqinin böyük olduğunu düşünür: “Bu gün biz çox vacib dərs aldıq. “Qarabağ” bizə futbol dərsi keçdi. Rəqib bizə meydanda topla, topsuz necə hərəkət etməyin lazım olduğunu göstərdi. İlk 3 qol elə vuruldu ki, bunun qarşısını almaq çətin idi. Yetirmələrim döyüşdülər. İlk 16 dəqiqədə ağıllı oynayırdılar. Ancaq erkən ilk qoldan sonra hər şey dəyişdi. “Qarabağ” bizi çox üstələdi”.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0