“Xəzər Lənkəran” üçün bombardir müdafiəçi
03.07.2011 - 12:59
Avstriyada hazırlıqlarını davam etdirən “Xəzər Lənkəran”ın düşərgəsinə daha bir futbolçu qoşulub. Apasport.az saytının xəbərinə görə, müdafiə xəttini gücləndirmək istəyən “ağ-yaşıllar” litvalı Ramunas Radaviçiusla güclənə bilər. Bu gün səhər Mirça Rednikin rəhbərliyi altında ilk məşqinə çıxan sol cinah müdafiəçisinin komandada qalıb-qalmayacağı yaxın günlərdə bəlli olacaq.
2004-2007-ci illərdə “Vilnüs”də 114 oyun keçirən Ramunas 8 qol vurub. Növbəti mövsüm “Jalgiris”də forma geyinən futbolçu bu komandada forma geyindiyi 24 matçda 2 dəfə qol sevinci yaşayıb. Ramunas 2008-2009-da “Sudava”da 38 matçda 7, 2010-cu ildən isə şərəfini qoruduğu “Ekranas”da 40 oyunda 10 qol vurub.
Ötən ildən Litva yığmasına dəvət edilən futbolçu millidə 11 görüşdə meydana çıxıb. O, hazırda “Ekranas”ın futbolçusu sayılır və bu komanda ilə müqaviləsinin başa çatmasına 4 ay qalıb.

- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0