Mourinyo kapitanlığı Kasilyasın əlindən alacaq
04.07.2011 - 13:39
Madridin “Real” klubunun baş məşqçisi Joze Mourinyo kapitanını dəyişəcək. Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis kapitanlıq sarğısını qapıçı İker Kasilyasın əlindən almaq niyyətindədir. Kasilyas ötən il Raulun gedişindən sonra “Real”ın kapitanı oldu. Mourinyo hesab edir ki, komandanın kapitanı sahə oyunçusu olmalıdır. O, bunu hadisələrin mərkəzində olub, istənilən vaxtda hakimlə polemikaya girməyə hazır olması ilə əsaslandırıb. Yeni kapitanın Mourinyonun həmyerlisi, “Real”ın lideri, bombardiri Kriştiano Ronaldonun olacağı gözlənilir.
Qeyd edək ki, Kasilyas İspaniya yığmasının da kapitanıdır. O, bu ampluada 2008-ci ildə Avropa, 2 il sonra dünya çempionu olaraq, kuboku başı üzərinə qaldırıb.
Qeyd edək ki, Kasilyas İspaniya yığmasının da kapitanıdır. O, bu ampluada 2008-ci ildə Avropa, 2 il sonra dünya çempionu olaraq, kuboku başı üzərinə qaldırıb.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0