“Qarabağ” – “Banqa” oyununun biletləri sabahdan satışda
04.07.2011 - 16:48
Avroliqanın I təsnifat mərhələsində keçiriləcək “Qarabağ”la Litva “Banqa”sı arasında cavab oyununun biletləri satışa çıxarılıb. Apasport.az saytının məlumatına görə, iyulun 7-dəki qarşılaşmaya biletləri sabahdan əldə etmək olar. “Qarabağ” – “Banqa” oyunun biletlərini sabah səhər 9:00-dan etibarən matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionun kassalarından, eyni zamanda “BöyükFırat” restoranlar şəbəkəsindən almaq mümkün olacaq. Biletlərin qiyməti sektorundan asılı olmayaraq (1-dən 28-ə qədər) 1 manat, VİP C və D yə isə 10 manatdır. 29-32-ci sektorlara yalnız dəvətnamə ilə giriş mümkündür.
Qeyd edək ki, “Qarabağ” - “Banqa” oyunu saat 21:00-da başlayacaq.
Mənbə: qarabagh.com
Qeyd edək ki, “Qarabağ” - “Banqa” oyunu saat 21:00-da başlayacaq.
Mənbə: qarabagh.com
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0