“Xəzər Lənkəran” “Makkabi”yə borclu qalmadı
05.07.2011 - 00:27
Avropa Liqasının II təsnifat mərhələsində “Xəzər Lənkəran”la qarşılaşacaq İsrailin “Makkabi” klubu bu gün yoxlama oyunu keçirəcək. Apasport.az saytının xəbərinə görə, “ağ-yaşıllar”ın rəqibi Düsseldorf şəhərində Almaniya komandalarından biri ilə üz-üzə gələcək.
Görüşü “Xəzər Lənkəran”ın məşqçisi Mihay Teja da izləyəcək. Rumıniyalı çalışdırıcı iyulun 14-də Təl-Əvivdə, bir həftə sonra Lənkəranda qarşılaşacaqları rəqib haqda toplayacağı məlumatları baş məşqçi Mirça Rednikə verəcək.
Xatırladaq ki, “Makkabi” rəsmiləri də “Xəzər Lənkəran”ın II Bundesliqa təmsilçisi “Dinamo” (Drezden) ilə qolsuz nəticələnən oyununu izləmişdilər.

- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0