Qurban Qurbanovun dublunu qeydə alan hakim Bakıya gəlir
05.07.2011 - 15:35
Çempionla Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Neftçi” (Azərbaycan) – “Dinamo” (Xorvatiya) oyununun baş hakimi Hannes Kaasikin kimliyi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, estoniyalı hakimin 33 yaşı var və əvvəllər də bizim komandalarla qarşılaşıb. 2006-cı ildən FİFA hakimi olan Kaasik 2003-cü ildə “Birlik kuboku” zamanı 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının zəfərinə şahid olmuşdu. O vaxt millimiz Ukraynanın məşhur “Şaxtyor” klubunu 2:1 hesabı ilə məğlub etmişdi. Həmin görüşdə Valeri Hacıyevin rəhbərlik etdiyi milli əsas komandanın bəzi üzvləri ilə güclənmişdi. Elə “Şaxtyor”un qapısına hər 2 qolu da indi “Qarabağ”ı çalışdıran Qurban Qurbanov vurmuşdu. 2 il əvvəl isə estoniyalının ayağı düşərli olmayıb. O, avrokuboklarda keçirilən “Bazel” – “Bakı” matçında fit çalıb. İsveçrədəki qarşılaşmada təmsilçimiz 1:5.hesabı ilə darmadağın olub.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0