“Xəzər Lənkəran” daha bir qapıçısını itirir
05.07.2011 - 15:47
Avstriyada Avropa Liqasının II təsnifat mərhələsində “Makkabi” ilə oyunlara hazırlaşan “Xəzər Lənkəran” düşərgəsində olan qapıçılardan daha birinin xidmətindən məhrum olacaq. Apasport.az saytının xəbərinə görə, rumıniyalı Emelian Dolha baş məşqçi Mirça Redniki qane etməyibsə, Lənkəran futbol məktəbinin yetirməsi olan Orxan Sadıqlı milli komandaya dəvət alıb. Bu səbəbdən Sadıqlı iyulun 12-dən Avstriyaya toplanış keçəcək 19 yaşadək futbolçulardan ibarət yığmamızın düşərgəsinə yollanacaq.
Hazırda Sadıqlıdan başqa, “ağ-yaşıllar”ın heyətində 2 qapıçı var ki, bunlar Kamran Ağayevlə Kamal Bayramovdur. Bununla belə, komandanın hazırlığına yeni qapıçının cəlb ediləcəyi gözlənilir.
Hazırda Sadıqlıdan başqa, “ağ-yaşıllar”ın heyətində 2 qapıçı var ki, bunlar Kamran Ağayevlə Kamal Bayramovdur. Bununla belə, komandanın hazırlığına yeni qapıçının cəlb ediləcəyi gözlənilir.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0