FİFA perulu oyunçunu 2 il futboldan uzaqlaşdırdı
01.03.2013 - 23:10
FİFA daha bir futbolçunu ağır cəzalandırıb. Apasport.az saytının məlumatına görə, ali futbol qurumu Perunun “San Martin” klubunda forma geyinən Coel Melkor Sançes Aleqriyanı dopinq istifadə etdiyi üçün 2 il futboldan uzaqlaşdırıb.
FİFA-nın İntizam Komitəsi oyunçunun test nəticələrindən sonra qanında qadağan edilən “Methylhexaneamine” adlı maddəni aşkarlayıb. Ali futbol qurumu isə Sançes Aleqriya ilə bağlı qərarını bu gün açıqlayıb. Verilən bu 2 illik cəza 22 yanvar 2013-cü il tarixindən etibarən qüvvədə olacaq.
Qeyd edək ki, FİFA bir müddət əvvəl DÇ-2014-ün seçmə mərhələsində oynanılan Boliviya - Peru (1:1) matçında bir perulu futbolçunun dopinq qəbul etdiyini iddia etmişdir. Adını ictimaiyyətə açıqlanmayan ali futbol qurumu bu oyunçunun qanından götürülən testin cavabının isə müsbət çıxdığını açıqlamışdır.

- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu
0
0