Avropa çempionu zədələnib
16.09.2024 - 16:47

"Barselona"nın futbolçusu Dani Olmo zədələnib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, futbolçu zədə səbəbindən 4-5 həftə meydanlardan uzaq qalacaq.
"Barselona"nın "Jirona"nı 4:1 məğlub etdiyi matçda zədələnən Olmo sağ diz nahiyəsindən zədələnib.
Dani Olmo bu mövsüm 3 matçda "Barselona" formasını geyinib. 26 yaşlı futbolçu bu görüşlərdə 3 qol vurub.
0
0