Futbol üzrə San-Marino millisi 1 gecədə 6 rekorda imza atıb.
Apasport.az xəbər verir ki, dünən UEFA Millətlər Liqasının D Liqası çərçivəsində San-Marino səfərdə Lixtenşteynlə qarşılaşıb.
3:1 hesablı qələbəyə sevinən San-Marino bu nəticə ilə öz qrupunu 1-ci sırada tamamlayıb.
Bu görüşdə yığma 6 rekord qırıb.
Belə ki, komanda tarixində ilk dəfə bir il ərzində 2 dəfə 3 xal qazanıb, rəsmi matçda geridönüşə imza atıb, 3 qol vurub, qrupu ilk sırada tamamlayıb, C liqasına yüksəlib və ilk dəfə bir səfər matçında qələbəyə sevinib.
Qeyd edək ki, San-Marino millisi indiyə qədər 3 qələbə qazanıb.Komanda hər üç oyunda da Lixtenşteyni məğlub edib.