“Barselona” Olmonu transfer etmək istəyir
20.07.2024 - 11:23

“Barselona” “Leypsiq”in və İspaniya millisinin futbolçusu Dani Olmonu transfer etməyə hazırlaşır.
Apasport.az xəbər verir ki, Kataloniya klubu oyunçunun meneceri ilə görüşüb və 6 illik müqavilə təklif edib. Bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.
“Barselona” Olmonun transferini 60 milyon avroya tamamlamaq istəyir. Klublar arasında da danışıqlar son mərhələdədir.
Olmo İspaniya yığması ilə Avro-2024-də 6 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.
0
0