Belçikalı qolkiper "Yunayted"in radarında
25.08.2025 - 13:17

Mövsümə elə də yaxşı başlamayan "Mançester Yunayted" heyətini yeni oyunçu ilə gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, "qırmızı şeytanlar" "Antverpen" forması geyinən Senne Lammensi transfer etmək istəyir.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, artıq oyunçu və Premyer Liqa klubu arasında razılaşma əldə olunub. Baş məşqçi Ruben Amorim rəhbərlikdən 23 yaşlı belçikalı qolkiperin tez bir zamanda komandaya qoşulmasını tələb edib.
Qeyd edək ki, Lammens 2023-cü ildən "Antverpen" forması geyinir.
0
0